Hadisə

20 Yanvarda "KAMAZ" tuneli uçurdu

20 Yanvarda KAMAZ tuneli uçurdu

Bu gün səhər saatlarında "KAMAZ" markalı yük maşını 20 Yanvara girişdə yerləşən tuneli uçurub.

Demokrat.az xəbər verir ki,bu barədə Musavat.com-a sərnişinlər məlumat verib.

Bildirilib ki, hadisə ilə əlaqədar yol bağlanıb. Avtomobil sürücüləri alternativ yollardan istifadə edərək şəhərə girməyə çalışırlar. Yolda böyük tıxac yaranıb.

NE
Nihadə Eyyubova