Dünya Özəl

Haniyənin İranda öldürülməsi bu ölkənin suverinliyini pozur — Çin XİN

Haniyənin İranda öldürülməsi bu ölkənin suverinliyini pozur — Çin XİN

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranın suverenliyinin pozulmasıdır. Demokrat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

Məlumata görə, o, İsmayıl Haniyənin öldürülməsinin ittiham edərək bunu BMT-nin nizamnaməsi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

Qeyd edək ki, nazir hadisənin regionda gərginliyi artıracağını, regionu daha təhlükəli vəziyyətə sürükləyəcəyini də vurğulayıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova