Dünya Özəl

ABŞ-dan "Google" ilə bağlı tarixi qərar

ABŞ-dan Google ilə bağlı tarixi qərar

ABŞ-da federal hakim Amit Mehta Ədliyyə Departamenti ilə məşhur axtarış sistemi "Google"nu qarşı-qarşıya qoyan məhkəmə işi üzrə çoxdan gözlənilən tarixi qərarı bu gün açıqlayıb.

Demokrat.az xəbər verir ki, baş tutan məhkəmə işində "Google"un internet axtarışında və axtarış reklamında “qanunsuz monopoliya” yaratdığına qərar verilib.

Hakim Mehtanın qərarında “Şahidlərin və sübutların ətraflı araşdırılması nəticəsində məhkəmə bu qərara gəldi: Google inhisarçıdır və bu inhisarı qorumaq üçün hərəkətə keçib. Bu, Şerman Aktının 2-ci maddəsini pozmaq deməkdir” ifadələri yer alıb.

Bu qərarla ABŞ Ədliyyə Nazirliyi bu günə qədər açdığı antiinhisar işlərində ilk dəfə belə bir böyük işi qazanıb.

İlk dəfə internet axtarışı ilə bağlı böyük bir işi itirən Google-un bu gün iddianı itirdikdən sonra prosesə müraciət edə biləcəyi bildirilib.

Ədliyyə Nazirliyi iki dəfə Google-a qarşı internet axtarışlarının 90 faizindən çoxuna və bu kateqoriya üzrə 95 faizdən çoxuna mobil axtarış sistemi kimi nəzarət etdiyi əsas gətirilərək antiinhisar iddiası qaldırıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova