Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin namizədlik yarışından geri çəkilməsi ilə Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harris 24 saat ərzində 81 milyon ianə toplayıb.
Demokrat.az xəbər verir ki, sözügedən rəqəm ABŞ-də 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeyd edilib.
Qeyd edək ki, Respublikaçı Donald Tramp “Sus payı” işində qərar elan edildikdən sonra 24 saat ərzində 50 milyon dollardan çox ianə toplamışdı.
Əfsanə Rəcəb Demokrat.az


