Dünya

Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələyib

Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələyib

Ötən gecə Ermənistanın Kotayk vilayətində əcnəbi şəxs tərəfindən polis bölməsində avtomat silahından atəş açılıb, nəticədə iki polis əməkdaşı yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Qeyd olunub ki, hadisəni törədən şəxs İraq vətəndaşı olub. O, daxil olan siqnal əsasında bölməyə gətirilib.

İraq vətəndaşı burada polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə həm özü, həm də iki polis nəfəri yaralanıb. Hazırda faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova