Salyan sakini atasının bank hesabından pul oğurladı

HADİSƏ 04 okt 2019, 16:00

Salyanda bank hesablarından pul oğurlayan şəxs saxlanılıb.


Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 


Belə ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.


Ətrafında aparılan tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının da bank hesabından 1300 manat çıxararaq oğurlaması müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top