“Qarabağ” rəqibini darmadağın etdi – YENİLƏNİB

İDMAN 04 okt 2019, 01:42

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

 

Demokrat.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxıb.


 
Ağdam təmsilçisi səfərdə Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gəlib.


 
Şotlandiyadan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşma "Qarabağ"ın qələbəsi ilə başa çatıb(4:1)
 
Qrupun digər oyununda “Sevilya” doğma meydanda APOEL-lə minimal hesabla qalib gəlib.
 
Avropa Liqası
A qrupu

3 oktyabr
 
Düdelanj - Qarabağ 1:4 
Qol: A.Bernye,90 - A.Zubir, 11. Miçel, 30, R.Almeyda, 37 (pen.), dani Kintana, 69
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
 
Düdelanj: 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Danel Sinani, 16. Tibo Leskua, 20. Mişel Qaros, 22. Antuan Bernye, 23. Rayan Klapp, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi.
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kools, 13. Omar Natami, 24. Mehdi Kirş, 26. Korentin Lavye, 27. Adel Bettayeb, 28. Şarl Morren.
Baş məşqçi: Bertrand Krasson.

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 26. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye. 
Baş məşqçi: Qurban Qurbanov.
 
Sevilya - APOEL 1:0 
Qol: Çiçarito, 18.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top