Pakistanda həddindən artıq istilər səbəbindən vətəndaşlara xəbərdarlıq edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Pakistan Meteorologiya Departamenti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu mövsüm normalarından 6 dərəcə yuxarı qalxacaq:
“Ölkə daxilində bir çox bölgədə temperatur 40 dərəcəni keçə bilər. Həddindən artıq istilər ay boyunca davam edəcək.
Hətta iyun ayında havanın temperaturu 45 dərəcəyə çata bilər. Vətəndaşlara belə şəraitdə evdən çıxmamağı tövsiyyə olunur”.
Qeyd edək ki, Pakistanın Pəncab əyalətində isti hava səbəbindən bütün məktəblər bir həftəlik bağlanıb.
Aysu Demokrat.az


