Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) sədri vəzifəsindən istefa verib.
Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Yayım Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şahbaz Şərif böyük qardaşı və keçmiş baş nazir Nəvaz Şərifin partiya rəhbərliyinə keçməsi üçün tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, Nəvaz Şərifin vəzifəyə nə zaman gələcəyi açıqlanmayıb.
Aysu Demokrat.az


