İsrailin baş naziri Netanyahu yırtıq əməliyyatı keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirin adi sağlamlıq müayinəsi zamanı bədənində yırtıq aşkarlanıb.
Netanyahu müalicə olunduğu xəstəxanada əməliyyat olunub və əməliyyat uğurla həyata keçirilib.
Qeyd edək ki, ölkənin ədliyyə naziri və baş nazirin müavini Yariv Levin müvəqqəti olaraq Netanyahunun yerinə baş nazir vəzifəsini icra edəcək.
Aysu Demokrat.az


