Almaniyada özünü yandıran azərbaycanlıdan XƏBƏR VAR

HADİSƏ 12 sen 2019, 22:36

Xəbər verdiyimiz kimi, dünən Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı azərbaycanlı özünə qəsd edib.

 

"Legat" İnteqrasiya Mərkəzi Emin Bağırovun vəziyyəti ilə bağlı məlumat yayıb. Məlumata görə, hələ də komadan ayılmayan Eminin vəziyyəti ağır olaraq qalır. Sabah onu əməliyyat edəcəklər. 

 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial qurumun binasına girib, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb. 

 

Ağır yanğından koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb. İlkin məlumata görə, Bağırov Emin Sumqayıtda anadan olub. Evlidir, iki uşağı var. Uşaqları Sumqayıtda yaşayır.

 

Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır. (Ayna.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top