Dünya Özəl

Hindistanın döyüş təyyarəsi qəzaya uğradı

Hindistanın döyüş təyyarəsi qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” qırıcı təyyarəsi Racastan ştatında qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri “X” sosial media platformasında paylaşım edib.

Paylaşımda, “Tejas” tipli təyyarənin Racastan ştatının Jaisalmer şəhərində təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Eyni zamanda, pilotun təyyarəni xəsarət almadan tərk etdiyi və qəzanın səbəblərinin araşdırıldığı qeyd olunub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova