Dünya Özəl

Meksikada hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Meksikada hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Meksikada donanmaya məxsus helikopterin qəza keçirməsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrindən açıqlama verilib.

Açıqlamada hərbi helikopterin Lazaro Kardenas limanı yaxınlığında havaya qalxdıqdan sonra Sakit Okean ərazisində qəza keçirdiyi bildirilib.

Limandan təqribən 370 kilometr aralıda yararsız hala düşən helikopterdəki 8 donanma personalından 3-nün öldüyü, 2-nin itkin düşdüyü vurğulanıb.

Həmçinin, xilas edilən 3 nəfərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin ağır olduğu öyrənilib.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova