“ASAN Xidmət İndeksi” kommunal sektor üzrə qiymətləndirmənin nəticələri açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bu gün keçirilən brifinqdə məlumat verib.
Məlumata görə, qurum illik qiymətləndirmənin nəticələrinə əsasən rekord göstərici ilə 1-ci yerdə qərarlaşıb.
Belə ki, qurum 2023-cü il ərzində 98.31 faizlik nəticə göstərərək indiyə qədər ki rekord göstəriciyə nail olub.
Qeyd etmək lazımdır ki, birlik üzrə ötən il bu qiymətləndirmənin nəticəsi 83.7 faiz olub.
Aysu Demokrat.az


