Region Özəl

Türkiyədən Yunanıstana qaçmaq istəyən terrorçular tutuldu

Türkiyədən Yunanıstana qaçmaq istəyən terrorçular tutuldu

Türkiyədən Yunanıstana qaçmağa çalışan 5 nəfər terrorçu Ədirnədə yaxalanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin Ədirnə vilayətində terrorçulara qarşı xüsusi əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində “FETÖ” terror təşkilatına üzv olduğu iddia edilən 5 şəxs saxlanılıb.

Qeyd edək ki, şübhəlilərlə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az