Həftənin ilk günü hava necə olacaq? — PROQNOZ

HADİSƏ 01 sen 2019, 13:10

Sentyabrın ayının ikisinə olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Demokrat.az-a verilən məlumata görə, sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 16-20° isti, gündüz  23-26° isti olacaq.


Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti  təşkil edəcək.


Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.


Nisbi rütubət 70-80%, gündüz 55-65%  olacaq.  


Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Dəniz suyunun temperaturu: 


Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,


Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək. 


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz  22-27° isti, dağlarda gecə 8-13° isti,  gündüz  15-20°  isti təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top