Məşhur italiyalı aktrisa Sandra Milo 90 yaşında vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Bildirilib ki, Federiko Fellininin "8 yarım" və "Ruhların Cülyettası" filmləri ilə əbədiləşən məşhur italyan aktrisası qəfil vəfat edib.
Qeyd edək ki, əsl adı Salvatris Elena Greo olan aktrisa İtaliya kinosunun ən məşhur aktrisalarından biri olub.
Xatırladaq ki, o, 2021-ci ildə “David di Donatello” ömür boyu nailiyyət mükafatını almışdı. Tunisdə anadan olan Milo həm də “rejissorların sevimli aktrisası” kimi tanınırdı.
Aysu Demokrat.az


