Region Özəl

Məşhur sənətçinin oğlu həyatını itirdi

Məşhur sənətçinin oğlu həyatını itirdi

Məşhur sənətçi Hülya Yiğitalpın oğlu Yiğit Tokbey dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, türkiyəli sənətçi Hülya Yiğitalpın böyük oğlu, aerokosmik mühəndis olan 31 yaşlı Yiğit Tokbey Amerikada yol qəzasında vəfat edib.

Hülya Yiğitalp və iş adamı Rıfat Tokbeyin üç övladından biri olan Yiğit Tokbeyin cənazəsi Adanada dəfn olunmaq üçün Türkiyəyə gətiriləcək.

Aysu

NE
Nihadə Eyyubova