Region

Türkiyə ordusu 80-ə yaxın silahlını məhv etdi

Türkiyə ordusu 80-ə yaxın silahlını məhv etdi

Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlarda son 5 gündə Kürdüstan İşçi Partiyasının (PKK) 100-dən çox hədəfini məhv edib.

Yeniavaz.comxəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​parlamentdə məlumat verib.

“Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən hava əməliyyatları nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, - nazir bildirib.

Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, PKK-nın mübarizəsi son terrorçu məhv edilənə qədər davam edəcək.

Xatırladaq ki, İraq və Suriyada əməliyyatlar PKK yaraqlılarının yanvarın 12-də İraqın şimalında Türkiyə hərbi postuna hücumu nəticəsində 9 əsgərin ölümündən sonra başlayıb.

NE
Nihadə Eyyubova