Çexiya paytaxtı Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində 14 nəfəri güllələyən tələbə, dekabrın 15-də paytaxtyaxınlığında yerləşənparkda 32 yaşlı kişini və onun ikiaylıq uşağını qətlə yetirib.
Bu barədə Çexiya polisinin mətbuat xidməti “X” sosial şəbəkə platformasında məlumat verib.
“Aparılan ballistik ekspertizanəticəsində parkda istifadə edilən silahların universitetdə atışma həyata keçirən şəxsin yaşadığı evdə tapılan silahlarla eyni olduğu məlum olub”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, polisin daha əvvəl verdiyi məlumata görə, dekabrın 15-igünorta saatlarında Klanoviski parkında gəzintiyə çıxan kişi və uşaq arabasındakı iki aylıq qızı odlu silahla qətlə yetirilib. Cinayətin motivləri bəlli deyil. Bununla bağlı Çexiya mediası Karl Universitetində atışma törədən şəxsdə mümkün psixi problemlərin olması ilə bağlı məlumat verib.
Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışma nəticəsində 14 nəfər həlak olub. Atışmanı 24 yaşlı tələbə David Kozak həyata keçirib və onun zərərsizləşdirilməsi üçün polis tərəfindən əməliyyat başladıqdan sonra intihar edib. Həmçinin paytaxt xəstəxanalarının məlumatlarına əsasən, hadisə zamanı 27 nəfər xəsarət aldığı barədə də məlumatlar var.


