Meksikanın mərkəzində yerləşən Teskapilya şəhərində silahlı qrupun hücumu nəticəsində azı 11 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə yerli "Heraldo de Mexico" qəzeti yazıb.
Məlumata görə, insident ərazidə fəaliyyət göstərən silahlı dəstənin fermerlərdən pul tələb etməsi nəticəsində baş verib. Yaralıların sayı barədə məlumat verilmir.
Hücum zamanı həmçinin bir neçə avtomobil də yandırılıb.
Təhlükəsizlik qüvvələri vəziyyəti qaydaya salmaq üçün Tezkapilyaya gedib.


