Sosial Özəl

“Azəristilik” və “Azəriqaz” İB arasında heç bir problem yoxdur

“Azəristilik” və “Azəriqaz” İB arasında heç bir problem yoxdur

“Azəristilik və “Azəriqaz” İB arasında ciddi olaraq heç bir problem yoxdur. Amma debütor borclar var”.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu rəqəmlər kifayət qədər əhəmiyyətli rəqəmlərdir:

“Azəristilik Açıq Səhmdar Cəmiyyətinin 01.11.2023-cü il tarixindən SOCAR Azəriqaz İB-ə 37,5 milyon manat debutor borcu var. Bu borcun 22,9 milyon manatı təsdiqini tapıb və razılaşdırılıb. Yerdə qalan borc isə hələki müzakirə mövzusudur”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova