Hərbi Özəl

Ukraynalı pilotlar Danimarka səmasında təlimlər keçir — F-16 təyyarələri ilə

Ukraynalı pilotlar Danimarka səmasında təlimlər keçir — F-16 təyyarələri ilə

Ukraynalı pilotlar Danimarka səmasında F-16 döyüş təyyarələri ilə hərbi təlimlərə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat katibi Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, növbəti mərhələdə F-16 təyyarələri ilə ukraynalı pilotların müstəqil uçuşları olacaq:

“Bundan əvvəl F-16-ya keçidi asanlaşdıran NATO tipli yüngül mühərrikli təyyarələr var idi. İndi bunlar təlimatçı ilə uçuşlardır. Hər gün təlim keçən və təlimatçı tərəfindən onlara verilən tapşırıqları yerinə yetirən ukraynalı pilotların sayı arta bilər”.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az