Dünya Özəl

Çin prezidenti ABŞ-a panda göndərəcək

Çin prezidenti ABŞ-a panda göndərəcək

Çin prezidenti Si Cinpin iki ölkə arasında "dostluq səfiri" olaraq ABŞ-a pandalar göndərəcəklərini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çin prezidenti Si dünən ABŞ prezidenti Co Baydenlə görüşündən sonra naharda iş adamları ilə görüşüb.

Si buradakı çıxışında “Biz pandaların nəslinin kəsilməsini qorumaq üçün ABŞ ilə əməkdaşlığa hazırıq” deyib.

Prezident, pandaların nə vaxt göndəriləcəyini açıqlamasa da, heyvanların Kaliforniya ştatına göndəriləcəyini bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova