Azərbaycan insan alverində adı hallanan iki Türkiyə vətəndaşını axtarışa verdi

HADİSƏ 13 avq 2019, 19:43

Azərbaycan hüquq-mühafizə orqanları iki Türkiyə vətəndaşı barəsində axtarış elan edib.

 

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşları - 1971-ci il təvəllüdlü Tarkan Gursen və 1992-ci il təvəllüdlü Doğan Solun insan alverində təqsirləndirilirlər.

 

Onların hər ikisi barəsində 2019-cu ildə axtarış elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top