Siyasət

Mikayıl Cabbarov Bayraq günü münasibəti ilə paylaşım etdi

Mikayıl Cabbarov Bayraq günü münasibəti ilə paylaşım etdi

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov 9 Noyabr - Bayraq Günü ilə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, o, "X" hesabında Azərbaycan xalqını təbrik edib:

"Bayrağımız milli mənsubiyyətimizin, müstəqil dövlətimizin və ali dəyərlərimizin rəmzidir. Dövlət Bayrağı Günü münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Bayrağımız daim zirvələrdə dalğalansın!",- deyə nazir əlavə edib.

D
demokrat.az