Dünya Özəl

Yaponiya Fələstinə 65 milyon dollar yardım ayırdı

Yaponiya Fələstinə 65 milyon dollar yardım ayırdı

İsrailə atəşkəs çağırışı edən Yaponiya Fələstinə 65 milyon dollarlıq əlavə yardım ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın Xarici işlər naziri Yoko Kamikava İsrailin ardından Fələstinə səfər edib.

Nazir səfər çərçivəsində Fələstinin Xarici işlər naziri Riyad Əl Maliki ilə görüşüb.

Görüş zamanı baş verən münaqişə və terror kəskin şəkildə qınanılıb və Yaponiyanın Fələstinə əlavə 65 milyon dollarlıq yardım ayıracağı bəyan edilib.

Aysu Demokrat.az

D
demokrat.az