Dünya Özəl

"Legia" komandasının iki futbolçusu həbs edildi

Legia komandasının iki futbolçusu həbs edildi

Polşanın "Legia" Varşava komandasının iki futbolçusu Avropa Konfransı Liqasının oyunları çərçivəsində dünən axşam keçirilən matçın sonunda Hollandiya polisi tərəfindən həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı serb futbolçu Radovan Pankov və 33 yaşlı portuqaliyalı oyunçu Josue həbs edilib.

Qeyd edək ki, yayılan məlumatlarda futbolçuların həbs olunma səbəbi qeyd edilməyib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova