Daşkəsəndə bıçaqlanma hadisəsi olub.
"Qafqazinfo"nun verdiyi məlumata görə, rayon sakini 27 yaşlı Babək Alıyev bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyəti kafi qiymətləndirilir. B. Alıyevin özü özünü bıçaqladığını bildirilir. Faktla bağlı araşdırma aparılır.