Hadisə

Xocavənddə yük avtomobili minaya düşdü: Həlak olanlar var

Xocavənddə yük avtomobili minaya düşdü: Həlak olanlar var

Sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, “Azəravtoyol” ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

Araşdırma aparılır.

D
demokrat.az