Sosial

Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb

Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb

Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.

Əraziyə FHN-in və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunublar.

Partlayışın səbəbləri araşdırılır.

NE
Nihadə Eyyubova