Daxili siyasət

Nazir Siyavuş Novruzovun qardaşına yeni vəzifə verdi

Nazir Siyavuş Novruzovun qardaşına yeni vəzifə verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə qoyub.

Demokrat.az Qaynarinfo-ya istinadla xəbər verir ki, deputatın qardaşı Məhərrəm Novruzov müavafiq əmrlə ƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Regionlarla İş üzrə Mərkəzi Filialının direktorun müşaviri təyin olunub.

Bundan əvvəl Məhərrəm Novruzov DSMF-nin 1 saylı nümayəndəliyinin müdir müavini vəzifəsində çalışıb. O, uzun illər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsini də tutub.

D
demokrat.az