Şuşanı çoxdan görmək istəyirdim.
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Baş prokuroru Bekir Şahin Bakıda jurnalistlərə açıqlamasında bildirib:
"Şuşanı və Füzulini həqiqətən də dağılmış vəziyyətdə gördüm. Çox binalar dağıdılıb yerlə-yeksan edilib. Bu, məni çox sarsıtdı. Şuşada çox böyük tikinti və yenidənqurma işləri aparılır və mən inanıram ki, gələn il bura gələndə daha da gözəl bir Şuşa görəcəyəm. Şuşanın bu qədər gözəl və ecazkar təbiətinin olduğunu təsəvvür etmirdim. Xankəndidə də yaxın gələcəkdə Azərbaycan bayrağı dalğalanacaq və biz də qürurla oranı ziyarət edəcəyik. Bu günü səbirsizliklə gözləyirik. Ermənilər verdikləri sözə əməl etmirlər. Əslində onların bu sözü yerinə yetirmələri lazımdır, odla oynayırlar. Tez bir zamanda Zəngəzur dəhlizinin açılacağına ümid edirəm".
Bekir Şahin bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistanın iştirakı ilə yaradılıb. 2012-ci ildə İƏT-in Baş Prokurorları iclası Tehranda, 2-ci iclas Antalyada, 3-cüsü isə İslamabadda keçirilib: "2021-ci ildə Türk Dövlətləri Təşkilatı dövlətlərinn Baş Prokurorları Şurasını qurduq. Hazırda isə İslam Əməkdaşlıq Təşkilatı Baş Prokurorları Şurasının yaradılması üzrərində işlər görülür”.


