Siyasət

"Ermənistan sülhə deyil, yeni münaqişəyə cəhd edir" — Politoloq

Ermənistan sülhə deyil, yeni münaqişəyə cəhd edir — Politoloq

“Ermənistanın təxribatlar törətməklə yeni hərbi-siyasi vəziyyət, regionda gərginlik yaratmaq məqsədi güdür. İstəyirlər ki, bundan istifadə edib xarici havadarlarını regiona cəlb etsinlər, Azərbaycana təzyiqləri artırsınlar”.

Bunu politoloq İlqar Vəlizadə Bakupost.az -a açıqlamasında deyib.

Ermənistan sülhə deyil, yeni münaqişəyə cəhd edir — Politoloq

O bildirib ki, Azərbaycan öz ərazisində yaşayan ermənilərlə reinteqrasiya prosesini inkişaf etdirir:

"Amma Ermənistan bunu istəmir. Rəsmi İrəvan Qarabağ erməniləri məsələsində Azərbaycanın əl-qolunu bağlamağa çalışır. Bu yolla nəinki Qarabağdakı ermənilərin hüquqları ilə bağlı vəziyyəti izləmək, həm də zərurət yaranarsa, vəziyyətə müdaxilə etmək imkanı qazanmaq istəyir".

İ.Vəlizadə qeyd edib ki, Ermənistan sülh danışıqlarından boyun qaçırır, təxribatlara əl atmaqla bu prosesi ləngidir:

"Əgər erməni tərəfi bu siyasəti davam etdirsə, o zaman sülh müqaviləsi imzalanmayacaq. Sülh sənədinin olmaması isə yeni münaqişə üçün əsasıdır".

D
demokrat.az