Dünya Özəl

ABŞ ordusu terrorçularla birgə silahlı təlim keçirdi

ABŞ ordusu terrorçularla birgə silahlı təlim keçirdi

Terror təşkilatı PKK/YPG-nin Suriyadakı təlimlərini davam etdirən ABŞ ordusu, Haseke vilayətinin Qamışlı rayonunda terrorçularla birgə silahlı təlim keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, birgə silahlı təlimdə zenit silahları, ABŞ istehsalı “Bradley” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə olunub.

Qeyd edək ki, ABŞ ordusu, Hasekedə Əbdüləziz dağı və Deyr əz-Zor vilayətində tez-tez PKK/YPG terror təşkilatlarına hərbi təlim keçir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova