Bakının Xətai rayonunda 1979-cu il təvəllüdlü Səbinə qadınları fahişəliyə cəlb etməkdə, əxlaqsız yuvası təşkil etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səbinə 2022-ci ilin iyul ayında tamah niyyəti ilə kirayədə yaşadığı mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib. O, fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmaq üçün mənzil sahəsini əxlaqsızlıq yuvasına çevirib.
Eyni zamanda tamah niyyəti ilə tanışı Səidənin kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra gəlir əldə etmək məqsədi ilə onu fahişəliyə cəlb edib. Səidəni həmin mənzildə kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otağında müştərilərə intim xidmətlər göstərməsinə şərait yaradıb.
Bunun müqabilində Pərvizdən Səidə ilə cinsi əlaqədə olmaq üçün 40 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 30 manat alıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 20 dekabr 2022-ci ildə saat 17 radələrində həmin mənzildə keçirilmiş əməliyyat-axtarış tədbiri keçirilib. Bu zamanı qeyd olunan mənzildə əxlaqsız yuva təşkil etmiş Səbinə, fahişəliklə məşğul olan Səidə, onun müştərisi aşkar edilib.
Səbinin barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) və 244.1-ci (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbinə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2017-ci ildən tanış olduğu kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmaqla əldə etdiyi qazanc ilə maddi ehtiyaclarını qarşılayıb: “Zərərçəkmiş Səidəni 2017-ci ildən tanımışam. Səidə ilə necə tanış olduğumu hazırda xatırlamıram. Səidə ilə tanışlığımdan sonra davamlı olaraq mobil telefon əlaqəsi saxlamışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ildə Səidə ilə əlaqə saxladığı zaman ona maddi ehtiyacları ucbatından kişilərlə görüşərək cinsi əlaqədə olduğunu deyib: “Bu vaxt Səidəyə bildirdim ki, özüm də kişilərlə görüşüb cinsi əlaqədə oluram. Bundan sonra biz bir neçə dəfə birlikdə tanış olduğumuz müştərilərlə görüşərək cinsi əlaqədə olduq. Lakin bundan gəlir əldə etməmişəm. Bu yolla əldə etdiyim qazanc ilə maddi ehtiyaclarımı qarşılaya bilməmişəm. Buna görə də həmin vaxt qərara gəldim ki, kirayə mənzil tutum, həmin mənzili bir neçə saatlıq pul qarşılığında kirayə verim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin təxminən iyul ayında hazırda xatırlamadığı tanışı vasitəsilə tanış olduğu şəxsdən mənzil kirayə götürüb:
“Həmin şəxsə aylıq 450 manat pul verdim. Həmin şəxslə kirayə müqaviləsi bağlamamışam. Həmin ev satışda olub. Həmin şəxs bildirib ki, evi satana kimi mənzildə aylıq 450 manata qala bilərəm. Lakin evi satdıqdan sonra mənzildən çıxmalı idim. Evi aylıq 450 manat qarşılığında götürdüm. Bundan sonra Səidəyə zəng etdim, tanışım olan müştərilərlə pul qarşılığında görüşməyi təklif etdim. Səidə mənimlə razılaşdı”.
Səbinənin ifadəsinə görə, bundan sonra o 2022-ci ilin iyul ayından başlayaraq, Səidəni həmin mənzildə pul qarşılığında kişilərə təqdim edib, həmin müştərilər bunun qarşılığında hər dəfə ona 60-70 manat verib: “Mən də həmin puldan müvafiq olaraq Səidəyə 30-40 manat vermişəm. Qalan pulun isə 15 manatını Səidənin mənzildə müştəri ilə cinsi əlaqədə olmağına şərait yaratdığım üçün və Səidəyə müştəri təşkil etdiyim üçün özümə götürdüm. Həmin mənzildə özüm də dəfələrlə müştərilərlə görüşərək cinsi əlaqədə olmuşam.
Müştəridən özümə görə 30-50 manat, evə görə də əlavə 10-30 manat almışam”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü Pərviz adlı şəxs ona zəng edib və qadınla cinsi əlaqədə olmaq istədiyini, cinsi əlaqədə olmaq üçün mənzil lazım olduğuni bildirib:
“Bu zaman Pərvizə bildirdim ki, cinsi əlaqədə olmağı üçün Səidəni təşkil edə bilərəm, həmçinin, kirayə tutduğum mənzildə onların cinsi əlaqədə olmaları üçün şərait yarada bilərəm. Lakin bunun qarşılığında Pərvizə 70 manat pul ödəməli olduğumu bildirdim. Bu zaman Pərviz mənimlə razılaşdı. Mən də bundan sonra Səidəyə zəng etdim, müştəri olduğunu, müştəri ilə cinsi əlaqədə olduğu halda ondan 70 manat alacağımı, ona 40 manat verəcəyimi, qalan 30 manatı isə müştəri təşkil etdiyimə və evdə cinsi əlaqədə olmaları üçün şərait yaratdığıma görə özümə götürəcəyimi bildirdim. Səidə mənimlə razılaşdıqdan sonra Pərviz adlı şəxsə zəng etdim. Saat 16.00-da həmin mənzilə gəlməyini dedim. Qeyd etdiyim vaxtda Səidə və Pərviz həmin mənzilə gəldi. Səidə və Pərvizi tanış etdim. Sonra Pərviz mənə 70 manat verdi. Sonra Səidə ilə mənzilin yataq otağında cinsi əlaqədə oldu. Mən işin sonunda həmin pulun 40 manatını Səidəyə verəcəkdim. Cinsi əlaqədə olduqdan sonra Pərvizi mənzildən yola salarkən mülki geyimli şəxslər qapıda mənə yaxınlaşaraq xidməti vəsiqələrini göstərdilər, polis işçiləri olduğlarını bildirdikdən sonra mənzilə baxış keçirilməsi haqqında qərarı göstərdilər. Onlar mənzilə baxış keçirtmək istədiklərini bildirdilər. Bu zaman polis əməkdaşlarına etiraz etmədim. Polis əməkdaşları mənzilə baxış keçirdikdən sonra bizi bir qədər sorğu-sual etdilər. Bundan sonra polis əməkdaşları Pərvizdən aldığım 70 manat pulu təqdim etməyi təklif etdilər. Mən 70 manat pulu polis əməkdaşlarına təqdim etdim. Həmin pul qablaşdırılaraq zərfə qoyuldu və möhürləndi. Bundan sonra polis əməkdaşları bizi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etdilər. Baş idarədə də bizi bir qədər sorğu sual etdikdən sonra hal şahidlərinin iştirakı ilə baş verənlərlə bağlı protokol tərtib edildi. Həmin qablaşdırılmış zərf protokola tikilərək hal şahidlərinin iştirakı ilə protokol ucadan oxundu. Bizim tərəfimizdən imzalandı. Sonra mən baş idarədə izahat verdim və oranı tərk etdim”.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Səbinə 3000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


