Dünya Özəl

Qazaxıstan və Özbəkistan birgə hərbi təlim keçdi

Qazaxıstan və Özbəkistan birgə hərbi təlim keçdi

Qazaxıstan və Özbəkistanın hərbi birləşmələri terrorçulara qarşı birgə təlim keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, iki ölkə arasında “Kəncər-2023” xüsusi əməliyyat təliminin ikinci mərhələsi keçirilib.

Hər iki ölkənin müdafiə nazirləri Qazaxıstanın Xəzər dənizi sahilində və Manqistau vilayətinin sərhədlərində keçirilən təlimi izləyiblər.

Xatırladaq ki, ayın əvvəlində Özbəkistanda birgə təlimin birinci mərhələsi keçirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova