Region Özəl

Elektrik dirəyinə ilişən leylək balası xilas edildi

Elektrik dirəyinə ilişən leylək balası xilas edildi

Türkiyənin Sivas vilayətində ayağına ip dolandığına görə elektrik dirəyinə ilişən leylək xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, quşun elektrik dirəyinə ilişdiyini görən insanlar xilasetmə qruplarına xəbər verib.

Əraziyə dərhal xilasetmə qrupları gəlib.

Dirəyə elektrik verilməsini dayandıran xilasedicilər leyləyin ayağındakı kəndiri açıblar.

Xilasedicilər quşun ayağına kəndirin qəsdən bağlanmış ola biləcəyini bildiriblər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova