Dünya Özəl

Hollivud aktyorları etiraz aksiyalarına başladı

Hollivud aktyorları etiraz aksiyalarına başladı

Hollivudda kino və serial sənayesində çalışan minlərlə ssenarist və yazıçıdan sonra aktyorlar da tətilə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Bildirilib ki, aktyorlar sektor rəsmiləri ilə aparılan danışıqlar nəticəsiz bitdikdən sonra tətilə qoşulmağa qərar verib.

160 min aktyoru təmsil edən Ekran Aktyorları Gildiyası (SAG-AFTRA) açıqlamasında bildirib ki, maaşların azaldılması və süni intellektin yaratdığı təhlükə ilə bağlı razılıq əldə edilmədən danışıqlar başa çatıb.

Bu səbəbdən aktyorlar yekdilliklə milli komitəyə tətil etməyi tövsiyə edib.

Razılıq əldə edilmədiyi təqdirdə aktyorlar etiraz aksiyasını davam etdirəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova