Sosial

Sahibkarlarla növbəti görüş Lənkəranda keçiriləcək

Sahibkarlarla növbəti görüş Lənkəranda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Demokrat.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.

Aksiya Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” iyulun 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

D
demokrat.az