Hadisə Özəl

Hacıqabulda sərxoş kişi arvadını və anasını döydü

Hacıqabulda sərxoş kişi arvadını və anasını döydü

Hacıqabul rayonunda kişi arvadını və anasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Hacıqabul rayonunun Nəvahi qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elmin sərxoş vəziyyətdə yaşadığı evdə həyat yoldaşı Mətanətə və anası Xaritəni döyüb.

Onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Zərərçəkmişlər baş verən hadisə barədə Hacıqabul rayon polis şöbəsinə müraciət edib.

Hadisəni törədən Elminin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

Hacıqabul rayon Məhkəməsinin qərarı ilə Elmin 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az