Siyasət Özəl

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisinin Bakıya səfəri başlayıb

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisinin Bakıya səfəri başlayıb

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattın Azərbaycana səfəri başlayıb.

Demokrat.az xəbər verir ki, səfər çərçivəsində Cefri Pyatt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

İyunun 2-dək davam eəcək səfər zamanı Cefri Pyatt bu gün Bakıda Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

O, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlər keçirəcək.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az