Türkiyədə prezident seçkiləri üçün xaricdə verilən səslərin hamısı Ankaraya çatdırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Yüksək Seçki Qurumu (YSK) məlumat yayıb.
Rəsmi məlumata görə, istifadə edilən 1 milyon 783 min 107 bülleten Ankaraya çatdırılıb və qorunmaq üçün “ATO Congresium” sərgi muzeyinə aparılıb.
Xaricdə Dairə Seçki Şurası tərəfindən yoxlanılan və qəbul edilən səslər 28 may bazar günü saat 17:00-da digər qutularla birlikdə açılacaq.
Qeyd edək ki, gömrük qapılarında səsvermə prosedurları ölkədə olduğu kimi mayın 28-i saat 17.00-a qədər davam edəcək.
Aysu Demokrat.az


