Sosial

"Azəriqaz”da media və QHT nümayəndələri ilə görüş olacaq

Azəriqaz”da media və QHT nümayəndələri ilə görüş olacaq

SOCAR "Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək.

“Azəriqaz”ın inzibati binasında növbəti “Açıq qapı” aksiyası may 26-sı saat 11:00-da başlayacaq.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

NE
Nihadə Eyyubova