Bir neçə gün öncə Serbiyada ibtidai məktəbə edilən silahlı hücumdan sonra bu ölkənin təhsil naziri Branko Ruziç istefa verib.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Nazir Branko Ruziç keçən həftə ibtidai məktəbdə 9 nəfərin öldüyü silahlı hücumdan sonra vəzifəsini tərk etdiyini açıqlayıb.
Nazir istefa məktubunda “Məsuliyyətli və savadlı bir insan, bütün ictimai vəzifələri yerinə yetirmiş peşəkar, ata və Serbiya vətəndaşı olaraq istefa vermək qərarı aldım”.- deyə bildirib.
Xatırladaq ki, ötən həftə Serbiyada məktəblərdə ardıcıl olaraq silahlı hücumlar törədilib. Nəticədə 16 nəfər həlak olub. 
Aysu Demokrat.az


