Sosial

Nazir özəl məktəblərdə qiymətlərin artırılmasından DANIŞDI

Nazir özəl məktəblərdə qiymətlərin artırılmasından DANIŞDI

Elm və təhsil naziri Emin Əmrullayev özəl ümumtəhsil müəssisələrində təhsil qiymətlərinin artırılmasına münasibət bildirib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında təhsil qiymətlərinin valideyn və sahibkarlıq fəaliyyətilə məşğul olan qurum arasında olduğunu deyib:

“Elm və Təhsil Nazirliyi təhsil müəssisələrinin əsasən pedoqoji fəaliyyətini tənzimləyir. Burada tədris planlarına və Azərbaycanda mövcud olan standartlara uyğun tədrisin təşkilinə nəzarətdən söhbət gedir”.

D
demokrat.az