Hadisə

Putinin iqamətgahını belə vurmaq istədilər — ANBAAN VİDEO

Putinin iqamətgahını belə vurmaq istədilər — ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukrayna Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma cəhd edib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Demokrat.az-ın məlumatına görə, teleqram kanallarında sözügedən PUA-lardan birinin zərərsizləşdirilmə anını əks etdirən görüntülər yayılıb.

Görüntülərdən PUA-nın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahının üzərində zərərsizləşdirildiyini görmək mümkündür.

Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə, hücum zamanı Putin Kremldə olmayıb və xəsarət almayıb: “Putin öz işini adi rejimdə davam etdirir”.

D
demokrat.az