Xaçmaz toyunda çəkiliş üstündə bıçaqlanma oldu

HADİSƏ 24 iyn 2019, 20:43

Xaçmaz rayon sakini toyda çəkiliş üstündə bıçaqlanıb.

 

Demokrat.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə iyunun 23-də rayonun Xuray kəndində keçirilmiş toy mərasimində baş verib. Belə ki, həmkəndlisinin qızının toyunda iştirak edən 1975-ci il təvəllüdlü Nuriyev Füzuli Əlişah oğlunun toyda çəkiliş aparan Məmmədov Kamran Bahadır oğlu ilə sözü çəp düşüb. Toydan 300 metr aralıda davam edən əlbəyaxa döyüş zamanı K. Məmmədov üzərində olan bıçaqla Nuriyevin döş qəfəsinə 2 dəfə zərbə vurub.


F. Nuriyev döş qəfəsinin sol yarısının, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top