Malatyada zəlzələdən əziyyət çəkən ailənin avtomobili baxım üçün apardıqları avtoservisdən oğurlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, ailənin şikayəti əsasında polis qrupları dərhal hərəkətə keçib.
Hadisədən 16 saat sonra avtomobili oğurlayan 2 şübhəli, üzərinə saxta nömrə taxılmış avtomobillə birgə tapılıb.
Qeyd edək ki, şübhəlilərdən birinin daha əvvəl də avtomobil oğurladığı öyrənilib.
Aysu Demokrat.az


