Hadisə Özəl

Futbol meydançasına ildırım düşdü — 5 ölü, 15 yaralı

Futbol meydançasına ildırım düşdü — 5 ölü, 15 yaralı

Kolumbiyada futbol meydançasına ildırım düşməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, El Tambo şəhərində futbol oynanılan zaman meydan sahəsinə ildırım düşüb.

Meydançada olan 5 nəfər həyatını itirib, 15 yaralı isə təcili yardımla xəstəxanalara aparılıb.

Qeyd edək ki, Kolumbiyanın bəzi bölgələrində zaman-zaman şiddətli ildırım vurması halları baş verir.

Aysu Demokrat.az

D
demokrat.az